Bakıda parkdan oğurluq edilib

Bakıda parkdan oğurluq edilib
18:25

Binəqədi rayonunda fəvvarənin metal konstruksiyalarını oğurlayan şəxs saxlanılıb. 

News365.az xəbər verir ki, Binəqədi rayonu ərazisində yerləşən parkların birində quraşdırılan fəvvarənin ümumi dəyəri 4200 manat olan metal konstruksiyaları oğurlanıb. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 48 yaşlı A.Əbdülrəhmanov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada