16 nəfər imtahandan qovuldu

16 nəfər imtahandan qovuldu
17:39

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 12 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Bu barədə News365.az-a DİM-dən məlumat verilib.

    Bildirilib ki, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 30300 abituriyentdən (I qrup üzrə 24997 nəfər, IV qrup üzrə 5303 nəfər) 916 nəfər (I qrup üzrə 764 nəfər, IV qrup üzrə 152 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 16 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

    III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən 6057 abituriyentdən 1256 nəfər coğrafiya fənni üzrə imtahana gəlməyib.


    Sizin reklam burada
    Sizin reklam burada