Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.
News365.az nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 220kv.m. olan tamet sexində baş vermiş yanğın havanın küləkli və yayılma riskinin yüksək olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 220kv.m. olan sexdə soba və rezin qəliblər 70 kv.m. sahədə yanıb.
Sexin böyük hissəsi yanğından mühafizə olunub.
***
Bakıda mebel sexi yanıb.
Bu barədə News365.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, Nərimanov rayonunda ümumi sahəsi 220 m² olan sexin yanar konstruksiyaları 120 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.