Bakıda DƏHŞƏT: Atasının silahı ilə özünü güllələdi

Bakıda DƏHŞƏT: Atasının silahı ilə özünü güllələdi
15 Apr 2025 10:54

Bakıda dəhşətli intihar hadisəsi olub.

News365.az xəbər verir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib.

18 yaşlı Nihad Rəşad oğlu Məmmədli yaşadığı evdə odlu silahla başından atəş açaraq, özünü öldürüb.

Polis və prokurorluq əməkdaşlarının hadisə yerinə baxış keçirməsi zamanı evdən mərhumun atasına məxsus odlu silah aşkarlanaraq, götürülüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır. 


Sizin reklam burada
Sizin reklam burada