Bakıda bu parkinqlərdə qiymətlər artırıldı - VİDEO

Bakıda bu parkinqlərdə qiymətlər artırıldı - VİDEO
06 İyn 2025 14:56

Bakıda ticarət mərkəzlərinə məxsus dayanacaqlarda parklanma qiyməti artırılıb.

News365.az xəbər verir ki, “28 Mall” ticarət mərkəzinə məxsus dayanacaqda bir saatlıq parkinqhaqqı 1 manatdan 2 manata qaldırılıb.

Eyni qiymət artımının “Gənclik Mall” ticarət mərkəzinə və digər ticarət mərkəzlərinə məxsus olan yeraltı dayanacaqlarda da tətbiq olunduğu bildirilir.

Qiymət artımının hansı səbəbdən baş verməsi ilə bağlı məlumat verilməyib.


Sizin reklam burada
Sizin reklam burada