Bakıda ailə münaqişəsi qanlı bitdi – ərini yatdığı yerdə bıçaqladı

Bakıda ailə münaqişəsi qanlı bitdi – ərini yatdığı yerdə bıçaqladı
11:06

Bakıda qadın evə sərxoş gələn həyat yoldaşını bıçaqlayıb.

News365.az-ın məlumatına görə, hadisə ötən ilin avqust ayında Nizami rayonunda baş verib.

Belə ki, F.Məmmədov (ad və soyadlar şərtidir - red.) hadisə günü evə sərxoş halda gəlib və həyat yoldaşı A.Məmmədova ilə aralarında mübahisə yaranıb. O, mübahisə zamanı qadının çənə və sinə nahiyyələrinə zərbə endirib və yataq otağına keçib.

A.Məmmədova gecə saat 4-də otağa daxil olaraq ərinə yatdığı yerdə 9 dəfə bıçaq zərbəsi endirib, ancaq onu öldürməyib. F.Məmmədov özü təcili yardıma zəng edərək kömək istəyib və müdaxilə nəticəsində onun həyatını xilas etmək mümkün olub.

A.Məmmədova məhkəmədə törətdiyi əməldən peşman olduğunu bildirib. O ifadəsi zamanı deyib ki, mübahisəyə səbəb ərinin sərxoş olması deyil, başqa qadınlarla danışması olub.

Belə ki, o, həyat yoldaşının telefonunda olan onun başqa bir qadınla yazışmasını oxuyub, onların yaxın əlaqədə olmalarını anlayıb. Mübahisələri məhz bu səbəbə görə olub.

Məhkəmə A.Məmmədovanı 11 il 3 ay azadlıqdan məhrum edib.


Sizin reklam burada
Sizin reklam burada