Bakıda 16 yaşlı boksçumuz Əli Ruşanov faciəli şəkildə ölüb

Bakıda 16 yaşlı boksçumuz Əli Ruşanov faciəli şəkildə ölüb
21:00

III MDB Oyunlarında bürünc medal qazanan boksçu, 16 yaşlı Əli Ruşanov ölüb.

News365.az xəbər verir ki, gənc boksçu məşqçi atasının yetirmələrinin yarışını izləmək üçün paytaxta gəlib və burada həyatını itirib.

2010-cu il təvəllüdlü Əli Fazil oğlu Ruşanov dəfələrlə ölkə və beynəlxalq yarışlarda uğurlu çıxışları ilə yadda qalıb.

O, təcrübəli məşqçi olan atası Fazil Ruşanovun yetirmələrinin çıxışlarını izləmək niyyətində olub. İlkin məlumata görə, gənc boksçu yıxılaraq xəsarət alıb, onun həyatını xilas etmək mümkün olmayıb.


Sizin reklam burada
Sizin reklam burada