Bakı-Sumqayıt yolunda ağır qəza - ÖLƏN VAR+ VİDEO

Bakı-Sumqayıt yolunda ağır qəza - ÖLƏN VAR+ VİDEO
17:10

Xırdalanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə mayın 14-ü günorta saatlarında Bakı-Sumqayıt yolunun Xırdalandan keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Chery” markalı avtomobil avtokarla toqquşub.

Şahidlərin sözlərinə görə, avtokar ərazidə nasaz vəziyyətdə qalmış nəqliyyat vasitəsinin yoldan çıxarılması məqsədilə hadisə yerinə cəlb olunub. Lakin həmin vaxt baş verən toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib, avtokarın sürücüsü ağır bədən xəsarətləri alıb.

Yaralı şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada