Bakı-Şamaxı magistral yolunda son vəziyyət

Bakı-Şamaxı magistral yolunda son vəziyyət
22 Fev 2025 19:59

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı və Qobustan rayonlarından keçən magistral yolları qardan və buz qatından təmizlənib. Paralel olaraq, Şamaxı-Pirqulu avtomobil yolunda da işlər aparılır və yaranmış çətinliklər aradan qaldırılıb.


News365.az xəbər verir ki, bu barədə danışan 19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Nazim Eynallı gecəli-gündüz növbəli şəkildə bütün işçi heyəti və texnikaların yolları qardan təmizlədiyini bildirib.


Qeyd edək ki, fevralın 20-si səhər saatlarından etibarən Qobustan və Şamaxı rayonları ərazisində yağan qar axşam saatlarında daha da intensivləşib. Bunun nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 105-120-ci kilometrliyində buzlaşma yaranıb.


Sizin reklam burada
Sizin reklam burada