Bakı-Quba yolunda ağır qəza – Sürücü danışdı “Maşın nasaz idi”

Bakı-Quba yolunda ağır qəza – Sürücü danışdı “Maşın nasaz idi”
13:25

Yük avtomobilinin ikiyə bölünməsinə səbəb olan qəzanın sürücüsü danışdı.

News365.az xəbər verir ki, Bakı-Quba-Rusiya sərhədi magistral yolunun 121-ci kilometrliyində baş verən qəzaya səbəb olan Kamzaın sürücüsü Mahir Cəbrayılov News365.az-a danışıb.

O  bildirib ki  hadisəyə səbəb avtomobilin  nasaz olması olub. 

“ Hava çəkirdi, matorda problem var idi. Maşın xarab olub yolun kənarında saxlamışdım. Gəlib girdi saxlaya bilmədim”.

***

Bakı-Quba yolunda ağır qəza baş verib. 

Bakı-Quba-Rusiya sərhədi magistral yolunun 121-ci kilometrliyində iki yük avtomobil toqquşub.

News365.az xəbər verir ki, hadisə Şabran şəhəri ərazisində qeydə alınıb. “KamAZ”ın sürücüsü yanacağın bitməsi və avtomobilin nasazlığı  səbəbi ilə nəqliyyat vasitəsini yolun kənarında saxlayıb. Bu zaman arxadan gələn “Mercedes” markalı yük avtomobili Kamaza çırpılıb. Qəza zamanı “Mercedes” markalı avtomobil iki yerə bölünüb. “Kamaz”da olan daş yükü isə yola dağılıb.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Xəbər yenilənəcək...


Sizin reklam burada
Sizin reklam burada