Azərbaycan və Türkiyə ilə münasibətləri bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməklə normallaşdırmaq lazımdır.
News365.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Yerevan Dialogue” beynəlxalq forumunda bildirib.
"Sülh asanlıqla əldə olunmur, bu, cəsarətli diplomatiya, qarşılıqlı anlaşma və etimadın qurulması ilə irəliləyən uzun bir prosesdir", - deyə o əlavə edib.