Azlıqda qalan "Milan" qələbə qazandı

Azlıqda qalan "Milan" qələbə qazandı
08 Fev 2025 23:47

İtaliya A Seriyasında 24-cü turun matçları oynanılır.

"Milan" səfərdə "Empoli" ilə üz-üzə gəlib.

Oyunda əsas hadisələr ikinci hissədə cərəyan edib. 55 və 66-cı dəqiqələrdə növbə ilə hər iki tərəfdən bir futbolçu qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb və komandalar qarşılaşmanı 10 nəfərlə davam etdirməli olublar.

Yalnız bundan sonra toparlanan "Milan" rəqibi 2 dəfə meydanın mərkəzinə dəvət edərək vacib 3 xalı qazanıb - 0:2.

Beləliklə də, hazırda rossonerilər 38 xalla yarış cədvəlinin 7-ci pilləsində qərarlaşıblar. "Empoli" isə aktivindəki 21 xalla 17-cidir.


Sizin reklam burada
Sizin reklam burada