Polşa klubu “Qarabağ”ın futbolçusuna təklif göndərdi

Polşa klubu “Qarabağ”ın futbolçusuna təklif göndərdi
29 İyn 2025 17:54

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Toral Bayramovun heyətinə qatmaq istəyən Polşa klubunun adına aydınlıq gəlib.

"Lex" cinah müdafiəçisi ilə ciddi maraqlanır. Hətta klubun oyunçu üçün Azərbaycan çempionuna təklif göndərəcəyi də gözlənilir. "Qarabağ" isə bu keçid alınacağı təqdirdə ən azı 1 milyon avro qazanmaq istəyir.

Qeyd edək ki, Toral Bayramov 2018-ci ildən Ağdam təmsilçisinin formasını geyinir.


Sizin reklam burada
Sizin reklam burada