Çərşənbə axşamı, iyulun 1-nə keçən gecə Rusiya işğalçı qoşunlarının işğal etdiyi Luqanskda güclü partlayış səsləri eşidilib.
Yerli Telegram kanalları yazır ki, şəhər pilotsuz uçuş aparatları tərəfindən hücuma məruz qalır - səmada 20-dən çox dron qeydə alınıb. Bundan əlavə, işğalçı məmurlar Krasnıy Luç, Lutuqineo, Sverdlovsk, Suxodolsk və Belokurakinoda xüsusi rejim elan edib.
İnternetdə yayılan foto və videolara görə, hücum artıq yanğınlara səbəb olub. İşğalçıların hava hücumundan müdafiə qüvvələrinin işə düşməsi barədə də məlumatlar var.
UNİAN-ın yaydığı məlumata görə, gecə saatlarında işğal olunmuş Donetsk də hücuma məruz qalıb. Rusiya kanalları zərbə üçün Britaniyanın “Storm Shadow” raketlərindən istifadə edildiyini bildirib.
İşğalın Araşdırılması Mərkəzinin məlumatına görə, dəmir yolu vurulub. Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi isə hədəfin “yağlı" mövqe olduğunu bildirib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural