Kiyev işğalçılara ingilis raketləri ilə ağır zərbə endirdi - VİDEO

Kiyev işğalçılara ingilis raketləri ilə ağır zərbə endirdi - VİDEO
10:20

Ukrayna Rusiyanın işğalda saxladığı ərazilərə tutarlı zərbələr endirib. Ukrayna təhlükəsizlik qüvvələrinin Donetski uzaqmənzilli raketlərdən atəşə tutması nəticəsində ölənlərin olduğu bildirilir. Qondarma regionun separatçı rəhbəri Denis Puşilin Telegram kanalında iddia edib ki, bir nəfər ölüb.


"Təəssüf ki, Voroşilovski rayonunda itkilər var: bir qadın ölüb, bir yeniyetmə və bir kişi müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - Puşilin bildirib.


Hücum nəticəsində şəhərin mühüm obyektlərinin, o cümlədən “Sokol” ticarət mərkəzinin, mərkəzi univermağın və bankın dağıdıldığı bildirilir.


“Vzqlyad” qəzeti yazıb ki, Ukrayna Silahlı Qüvvələri ingilis istehsalı olan raketlər ilə Donetskə zərbələr endirib. Söhbət "Storm shadow"dan gedir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada