Nəsimi rayon sakinlərinin NƏZƏRİNƏ: Saat 10-dan...

Nəsimi rayon sakinlərinin NƏZƏRİNƏ: Saat 10-dan...
01 İyl 2025 09:18

Bu gün Nəsimi rayonunun bəzi hissələrində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılcaq.

Bu barədə News365.az-a "Azəriqaz"dan bildirilib.

Məlumata görə, bu, İ.Qasımov küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədardır. 

Qeyd olunub ki, qaz təchizatı dayandırılan müddətdə İ.Qasımov və S.Rüstəm küçələrinin qaz təchizatında fasilə yaranacaq.


Sizin reklam burada
Sizin reklam burada