Rusiyada məscidi partlatmaq istədilər

Rusiyada məscidi partlatmaq istədilər
10:30

Rusiyada miqrantlara, başqa millətlər və dinlərə qarşı nifrət hissi artmaqdadır. Belə ki, Ryazan vilayətində məsciddə terror aktı hazırlamaqda şübhəli bilinən 16 yaşlı yeniyetmə saxlanılıb. Bu barədə Baza Telegram kanalı məlumat yayıb. Kanal mənbələrə istinad edib.


Qeyd edilib ki, terrorçu Mixaylov şəhərində yaşayır və texnikumun birinci kurs tələbəsidir. Nəşrin mənbələrinə görə, rusiyalı Pionerskaya küçəsində yerləşən Əl-Səhaba məscidini əldəqayırma yandırıcı vasitələrdən istifadə edərək yandırmağı planlaşdırıb.

Yeniyetmə saxlanılıb. Ona qarşı terror aktı hazırlamaq maddəsi ilə cinayət işi açılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada