Azərbaycanlı diplomat evində ölü tapıldı

Azərbaycanlı diplomat evində ölü tapıldı
11 İyn 2025 14:03

Azərbaycanın Özbəkistandakı səfirliyində konsul vəzifəsində çalışmış İlqar İbrahimov evində ölü tapılıb.   

News365.az xəbər verir ki, o, qış aylarında Bakıya qayıdıbmış.  İlqar İbrahimovun ölümünün səbəbi bəlli deyil. 

Qeyd edək ki, o, uzun müddət diplomatik xidmət sahəsində çalışıb, Azərbaycanın Özbəkistandakı səfirliyində birinci katib və konsul vəzifələrini tutub. Məsələ ilə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən bildirilib ki, səfirliklərin və XİN-in heyəti barədə mətbuata məlumat verilmir.


Sizin reklam burada
Sizin reklam burada