Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili KİMDİR...

Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili KİMDİR...
05 Mar 2025 16:43

Ötən ay Azərbaycan Respublikası 13 illik fasilədən sonra Suriyanın paytaxtı Dəməşqdəki Səfirliyinin fəaliyyətini bərpa edib. Bu məqsədlə Səfirliyin müvəqqəti işlər vəkili artıq Dəməşq şəhərinə ezam edilib və fəaliyyətə başlayıb. 

News365.az-ın məlumatına görə, Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynovdur.  O, 2002-ci ildən etibarən Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 

Ölkəmizin Birləşmiş Ərəb Əmirliklərində, Misirdəki səfirliyində müxtəlif vəzifələrdə fəaliyyət göstərib. İordaniyada müvəqqəti işlər vəkili olub.

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib.     

Qeyd edək ki, Azərbaycan Respublikası beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq, Suriyada davamlı sülhün və sabitliyin bərqərar olmasını dəstəkləyir.  Azərbaycan və Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması və siyasi, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanların yarandığı bu vacib dövrdə Səfirliyimiz Suriyanın keçid dövrü hökuməti ilə yaxından əməkdaşlıq edərək ikitərəfli əlaqələrimizin inkişafına dəstək verəcəkdir.


Sizin reklam burada
Sizin reklam burada