Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Avropa çempionu oldu
27 İyn 2024 21:08

Azərbaycanın yeniyetmə cüdoçusu Bahadur Feyzullayev (50 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

İdmançı finalda Ukrayna təmsilçisi Rostislav Kostrikinlə üz-üzə gəlib.

Rəqibini məğlub edən Feyzullayev turnirin qalibi olub.

Qeyd edək ki, bu gün Nihad Rəhimov (60 kq) və Diana Eldarova (48 kq) da üçüncü yer uğrunda görüşə çıxacaqlar.

Yarış iyunun 30-da başa çatacaq.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər