“Azərbaycanın haqlı təzminat tələbi beynəlxalq hüquqa əsaslanır”- Telman Nüsrətoğlu

“Azərbaycanın haqlı təzminat tələbi beynəlxalq hüquqa əsaslanır”- Telman Nüsrətoğlu
13:46

“Azərbaycanın haqlı təzminat tələbi beynəlxalq hüquqa əsaslanır”

Politoloq Telman Nüsrətoğlu bu sözləri News365.az-a deyib. 

Politoloq qeyd edir ki, Ermənistanın işğalçı siyasəti nəticəsində yüz minlərlə azərbaycanlı öz yurd-yuvasından didərgin düşüb:

“Azərbaycanın milli-mədəni və mənəvi irsinə vurulan ziyan ölçülə bilməyəcək qədər böyükdür. Bu gün də həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri davam edir. Məcburi köçkünlərin geri dönüşü üçün illərlə vaxt lazım olacaq. Dağıdılmış qəbiristanlıqlar, tarixi və dini abidələr, məhv edilmiş arxeoloji irs – bütün bunlar təkcə Azərbaycan üçün deyil, insanlıq üçün də böyük bir cinayətdir”.

Politoloqun sözlərinə görə, bu tipli cinayətlərin cəzasız qalması gələcəkdə digər işğalçı meyillərin artmasına şərait yarada bilər:

“Beynəlxalq hüququn əsas funksiyalarından biri də məhz bu cür təcavüzkar hərəkətlərin qarşısını almaq və hüquqi məsuliyyəti təmin etməkdir. Azərbaycanın Ermənistan qarşısında haqlı təzminat tələbi bu hüquqa əsaslanır”.

Telman Nüsrətoğlu Ermənistanın 44 günlük Vətən müharibəsindən sonra rəsmi ritorikasında da işğal faktını dolayısı ilə etiraf etdiyini xatırladıb:

“Ermənistan ordusunun Azərbaycana təcavüzü zamanı məhv edilmiş əsgərlərinin Yerevandakı qəbiristanlıqlarda dəfn olunması bu gerçəyi bir daha sübut edir”.


Sizin reklam burada
Sizin reklam burada