Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı yeni sanksiyaları müzakirə etməyə başlayıb.
Xarici KİV-in yaydığı məlumata görə, bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful mətbuat konfransında bildirib.
“Hazırda biz Avropa İttifaqındakı tərəfdaşlarımızla Rusiyaya qarşı əlavə sanksiyaları müzakirə edirik. Biz enerji sektoruna xüsusi diqqət yetiririk. Bu sahədə neftin qiymətinin tavanını aşağı salmağı düşünürük”, - Almaniyanın xarici işlər naziri bildirib