Türkiyədə partlayış olub, ölən və yaralanan var

Türkiyədə partlayış olub, ölən və yaralanan var
23 May 2025 20:10

Türkiyədə asfalt istehsalı müəssisəsində partlayış olub, bir nəfər ölüb, digəri yaralanıb.

"TRT Haber"in yaydığı məlumata görə, hadisə Ərzurum şəhərində qeydə alınıb.

Partlayışa qaz sızmasının səbəb olduğu bildirilir.

Ərazi yerinə yanğınsöndürənlər və təcili tibbi yardım əməkdaşları cəlb edilib. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.


Sizin reklam burada
Sizin reklam burada