Hindistan yığması Bakıda uduzdu

Hindistan yığması Bakıda uduzdu
23 May 2025 20:20

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir matç keçirilib.

Bolqarıstan və Hindistan yığmaları D qrupunun oyununda üz-üzə gəliblər.

Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada avroplalılar 5:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, günün əvvəlki qarşılaşmalarında Mavritaniya Bəhreyni (2:0), Çad Rumıniyanı (4:2) məğlub edib. Fransa - Özbəkistan (3:3) və İngiltərə - Macarıstan (1:1) görüşlərində qalib müəyyənləşməyib.


Sizin reklam burada
Sizin reklam burada