Hindistan təyyarələri iyunun 24-ə kimi Pakistandan uça bilməyəcək

Hindistan təyyarələri iyunun 24-ə kimi Pakistandan uça bilməyəcək
23 May 2025 22:46

Pakistan Hava Limanının İdarəsi Hindistan aviaşirkətləri üçün hava məkanının bağlanmasını iyunun 24-dək uzadıb.

Bu barədə Pakistanın "Dawn" portalı məlumat yayıb.

"Hindistan təyyarələrinin Pakistanın hava məkanından istifadəsinə qoyulan qadağa iyunun 24-dək uzadılıb", – Pakistan Hava Limanları İdarəsinin bəyanatında qeyd olunub.

“Hindistan aviaşirkətləri tərəfindən həyata keçirilən reyslərin Pakistan hava məkanında həyata keçirilməsinə icazə verilməyəcək”, – məlumatda bildirilib.

Aprelin 24-də Pakistan hava məkanını bir ay müddətinə bütün Hindistan aviaşirkətləri üçün bağlayıb.


Sizin reklam burada
Sizin reklam burada