Hərbi cani Sarkisyanın həbsinə hazırlıq gedir?

Hərbi cani Sarkisyanın həbsinə hazırlıq gedir?
23 May 2025 20:30

Ermənistanın sabiq prezidenti Serj Sarqsyana qarşı qadın sahibkar Silva Ambartsumyandan rüşvət alması iddiası ilə bağlı daha bir cinayət işi məhkəməyə verilib.

Ermənistan KİV-nin yaydığı məlumata görə, ibtidai istintaqın başa çatdığını Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi elan edib.

Xatırladaq ki, cinayət işi 2021-ci ilin noyabrında açılıb. İddiaya görə, sabiq prezident 2008-ci ilin fevralında baş nazir vəzifəsində işləyərkən baş köməkçisi (keçmiş prezidentin kürəkəni Mikael Minasyan) ilə birlikdə 2,9 milyon dollar rüşvət alıb, bunun müqabilində onlar Ermənistanda qeydiyyatdan keçmiş MMC-lərdən birinin səhmlərinin 100 %-nin qeyri-rezident şirkətə satışına maneə yaratmamağa razılaşıb.

Qeyd edək ki, Sarqsyan daha iki cinayət işi üzrə müttəhimdir. Onlardan biri neft məhsulları idxal edən “Flash” şirkətinin mühafizəsi, ikincisi isə İrəvandakı “Erablur” hərbi panteonunun yaxınlığında yerləşən torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlıdır.


Sizin reklam burada
Sizin reklam burada