Vəziyyəti ağırlaşan Kirkorov xəstəxanaya yerləşdirildi - VİDEO

Vəziyyəti ağırlaşan Kirkorov xəstəxanaya yerləşdirildi - VİDEO
23 May 2025 19:30

Rusiyanın məşhur pop-ifaçısı Filipp Kirkorov Sankt-Peterburqda baş tutan son konsertində aldığı yanıq səbəbilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, yanığın sağalması zamanı fəsadlar yaranıb.

"StarHit" "Telegram" kanalının verdiyi məlumata görə, bu barədə müğənninin mətbuat katibi Yekaterina Uspenskaya bildirib.

Onun sözlərinə görə, Kirkorovun dirsəyində iltihab müşahidə olunub və o, özü xəstəxanaya müraciət edib. İfaçının şəkərli diabetdən əziyyət çəkməsi sağalma prosesini çətinləşdirib:

"Dirsəyi iltihablandı, Filipp özü klinikaya gəldi. Diabeti olduğuna görə yaraların sağalması çətinləşir".

Uspenskayanın sözlərinə görə, Kirkorov mütəmadi olaraq sarğı üçün xəstəxanaya gedir və bəzən gecəni klinikada qalır.


Sizin reklam burada
Sizin reklam burada