Xəbər
verdiyimiz kimi ötən həftə DİM-in yubiley tədbirində çıxış edən Təhsil naziri Emin Əmrullayev buraxılış imtahanlarının
sualları barədə dedikləri fikirlər cəmiyyətdə birmənalı qarşılanmayıb.
Məsələ ilə
bağlı News365.az-a danışan iqtisadçı Eldəniz
Əmirov deyir ki, imtahan suallarının məqsədi çaşdırmaq olmamalıdır:
“Bu,
prinsipial məsələdir. Suallar elə qurulmalıdır ki, imtahan verən bilmədiyinə
görə səhv etsin, başa düşmədiyinə görə yox. Əgər sualda inkarmı, təsdiqmi kimi
incə məqam varsa, həmin söz açıq şəkildə vurğulanmalıdır. Lazım gələrsə qalın
şriftlə, altı cızılaraq verilməlidir. Məqsəd diqqəti yönəltməkdir, çaşdırmaq
yox.
Amma məsələ
bununla bitmir. Problem daha dərindir. Sistem və imtahan fənnlərinin seçimi özü
mübahisəlidir.
Bir həkim
olmaq istəyən gənc arkkotangens (arcctg) tərs triqonometerik funksiyanın niyə
bilməlidir ki?
Bu bilik
onun gələcəkdə onun hansı uroloji diaqnozu qoymasına kömək edəcək?
Bir maliyyəçi
niyə tarixdə hansısa antiq sülalənin neçə il əvvəl harada yaşadığını niyə bilməlidir
ki?
Bu məlumat
onun investisiya qərarlarını yaxşılaşdırırmı?
Bir İT mühəndis
nə üçün əzbərləməlidir ki, l, m, n, r cingiltili samitlərin kar qarşılığı yox
imiş?
Əsas məsələ
budur.İmtahanlar ixtisas yönümlü olmalıdır.
Həkim üçün
biologiya, kimya və analitik düşüncə əsasdır. Maliyyəçi üçün riyazi məntiq,
statistika və iqtisadi düşüncə. Mühəndis üçün fizika və tətbiqi riyaziyyat. Digər
fənlər isə ya baza səviyyəsində qalmalıdır, ya da ixtisasa
uyğunlaşdırılmalıdır. Əgər tarix düşürsə, o zaman ümumi əzbər yox, məntiqi əlaqələr
soruşulmalıdır. Əgər coğrafiya düşürsə, iqtisadi coğrafiya soruşulmalıdır. Əgər
dil düşürsə, real ünsiyyət və məntiqi ifadə bacarığı ölçülməlidir. Yoxsa
“ikinci növ təyini söz birləşməsi” və ya “ən hündür şəlalənin dəqiq ölçüsü”
kimi suallar bu günün gəncinə heç nə qazandırmır. Biz hələ də biliyi yox, məlumatı
ölçürük. Artıq dəyişmək lazımdır.İmtahan çaşdırmamalıdır. İmtahan yükləməməlidir.
Yüklənmə ali təhsilin içində olmalıdır, qapısından çöldə yox”.
News365.az