Vətəndaşların NƏZƏRİNƏ - ALDANMAYIN

Vətəndaşların NƏZƏRİNƏ - ALDANMAYIN
12:33

Sosial şəbəkə üzərindən alış-veriş edən vətəndaş dələduzluqla üzləşdiyini iddia edir. 

News365.az xəbər verir ki, o, TikTok platformasında onlayn satış həyata keçirən səhifədə paltar bəyənərək satıcı ilə əlaqə saxlayıb.

Məhsulun qiymətinin 25 manat olduğu, çatdırılma xərci ilə birlikdə ümumilikdə 31 manat ödənilməli olduğu bildirilib. Vətəndaş qeyd olunan məbləği satıcının təqdim etdiyi bank kartına köçürüb.

Lakin ödənişdən sonra sifariş edilən məhsul göndərilməyib. Zərərçəkən satıcı ilə əlaqə saxlamağa çalışsa da, zənglər cavabsız qalıb, mesajlara isə reaksiya verilməyib.

Bundan sonra vətəndaş satıcı tərəfindən göstərilən ünvana yollanıb. Lakin qeyd olunan ünvanda belə bir mağazanın mövcud olmadığı məlum olub.


Hadisə ilə bağlı vətəndaş aidiyyəti qurumlara müraciət etməyi planlaşdırır.


Sizin reklam burada
Sizin reklam burada