Azərbaycanda iki qohum pomidor turşusundan ZƏHƏRLƏNDİ - VƏZİYYƏTLƏRİ...

Azərbaycanda iki qohum pomidor turşusundan ZƏHƏRLƏNDİ -  VƏZİYYƏTLƏRİ...
15 Apr 2024 16:41

Zaqatalada iki nəfər pomidor turşusundan zəhərlənib.

Hadisə rayonun Yuxarı Tala kəndində baş verib. 1999-cu il təvəllüdlü Mollahacı Nurəddin oğlu Ramazanov ötən gün zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub. Müayinə zamanı Mollahacı Ramazanovun pomidor turşusundan zəhərləndiyi məlum olub, vəziyyəti ağır olduğu üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Bu gün isə M. Ramazanovun yaxın qohumu 1963-cü il təvəllüdlü Murad Ramazan oğlu Ramazanov zəhərlənmə əlamətləri ilə Zaqatala RMX-ya müraciət edib. Onun da ötən gün qohumu M.Ramazanovla eyni məclisdə pomidor turşusundan zəhərləndiyi məlum olub.

Murad Ramazanov reanimasiya şöbəsinə yerləşdirilib.


Youtube kanalımız

Oxşar xəbərlər