Ağdamda qadın həşərat dərmanından zəhərləndi

Ağdamda qadın həşərat dərmanından zəhərləndi
12 Sen 2026 17:10

Ağdam rayonunda 30 yaşlı qadın dərmandan zəhərlənib.

News365.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Samirə Xəlilova evinə həşərat əleyhinə kimyəvi dərman səpib. O, ehtiyatsızlıq edib və həmin dərmandan ağzına da dəyib. Qadın zəhərlənmə ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada