Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşir

Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşir
10:31

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi bu gün bəlli olacaq.

News365.az-ın məlumatına görə, ilk olaraq üçüncü yer uğrunda qarşılaşma keçiriləcək.

Saat 13:00-da "Neftçi" və "Murov Az Terminal" komandaları üz-üzə gələcək.

Saat 16:00-da final qarşılaşması baş tutacaq. "Xilasedici" və "Ordu" münasibətlərə aydınlıq gətirəcəklər. Bütün görüşlər Gənclər və İdman Nazirliyinin Voleybol mərkəzində təşkil olunacaq.


Sizin reklam burada
Sizin reklam burada