“Azərbaycan” və “Xalq qəzeti” neçə
gündür qəzet köşklərində yoxdur.
News365.az-ın əldə etdiyi məlumata
görə hələ yaxın iki gündə də qəzetlərin işıq üzü görəcəyi gözlənilmir. Ən yaxşı
halda qəzetlər noyabrın 17-də oxucularla görüşə gələcəyi deyilir.
Ölkəmizdə COP29 kimi mötəbər bir tədbirin
keçirildiyi günlərdə dövlətin 2 əsas nəşrinin kənara çəkilməsi, özlərinə bayram
elan etmələri heç cür başa düşülən deyil. Çünki, COP29- a bütün dünya diqqət kəsilib.
Bəs, “Azərbaycan” və “Xalq qəzeti” belə mötəbər və əlamətdar tədbir günlərində niyə
kənara çəkilib? Bax, bu anlaşılan deyil...
Qarşı tərəfin mövqeyini dərc etməyə
hazırıq.
News365.az