Masallı rayonunda Rüdəkanar kənd sakinləri bir sıra sosial probemlərdən şikayətçidirlər.
News365.az-a müraciət edən bir qrup vətəndaş bildirib ki, 3 mindən çox əhalisi olan Rüdəkanar kəndində qaz yoxdur.
“İllərdir biz bu problemlərə həll tapmağa çalışırıq. Müraciətlər edirik, amma baxılmır. Bütün qonşu kəndlər qazla təmin olunub. Lakin bizim kənddə qaz yoxdur. Hələ də odun istifadə edirik. Kəndə 1995-1996- ci ildə qaz turbaları çəkilib, elə o vaxtdan da iş yarımçıq qalıb."
Vəfa Vəliyeva, News365.az