Mingəçevirdə zirzəmidən tapılmış körpə xəstəxanaya yerləşdirilib - DİN-dən AÇIQLAMA

Mingəçevirdə zirzəmidən tapılmış körpə xəstəxanaya yerləşdirilib - DİN-dən AÇIQLAMA
12:28

Mingəçevir şəhərində zirzəmidən köməksiz vəziyyətdə tapılan körpə xəstəxanaya yerləşdirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd olunub ki, körpənin zirzəmiyə atılması ilə əlaqədar ərazi üzrə polis orqanında təhqiqat araşdırmaları aparılır. Azyaşlının həmin yerdən götürülərək polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilməsi təmin olunub və hazırda müayinəsi aparılır.

Həmçinin körpənin yaxınlarının müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada