Qəzza ilə bağlı danışıq prosesində vasitəçi qismində iştirak edən Qətərin 3 diplomatı Misirdə avtomobil qəzasında ölüb.
Bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, 3 qətərli diplomat Şərm əş-Şeyxdə qəzada ölüb, 2 nəfər isə yaralanıb.
Qeyd edək ki, Şərm əş-Şeyxdə Qəzza ilə əlaqədar sammit keçiriləcək. ABŞ Prezidenti Donald Trampın qatılacağı sammitə Azərbaycan da dəvət olunub.