Zaqatalada ağır qəza: Toydan qayıdanlar qəzaya düşdü - FOTO

Zaqatalada ağır qəza: Toydan qayıdanlar qəzaya düşdü - FOTO
09:05

Zaqatalada  toydan qayıdanlar qəzaya düşüb. 

Ağır yol-nəqliyyat hadisəsi rayonun Muxax kəndi ərazisində baş verib.

Belə ki, şəhərdən toydan qayıdan marşrut avtobusu ilə  "Vita" markalı mikroavtobus toqquşub.

Nəticədə hər iki sərnişin maşını aşıb. Qəza nəticəsində hər iki avtomobildə olan sərnişinlərdən yaralılar var.  

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə polislər cəlb edilib. 

Qəzanın səbəbləri araşdırılır,  yerində araşdırma aparılır.

 


Sizin reklam burada
Sizin reklam burada