İsrail küçələri Trampın gəlişinə hazırlaşır - VİDEO

İsrail küçələri Trampın gəlişinə hazırlaşır - VİDEO
16:56

Amerika Prezidenti Donald Trampın gəlişi ərəfəsində İsraildə ABŞ bayraqları dalğalanır.

News365.az  xəbər verir ki, bu haqda məlumatı “RT” yayıb.

Məlumata görə, Tramp israilli girovları oktyabrın 12 və ya 13-də HƏMAS hərəkatı tərəfindən əsirlikdən azad edildikdən sonra şəxsən salamlamağı planlaşdırır.

Amerika lideri həmçinin İsrail Knessetində (parlamentdə) çıxış etməyi düşünür.

Qeyd edək ki, oktyabrın 9-da İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Jared Kuşner (Trampın kürəkəni) ilə Qəzza zolağının nizamlanması məsələsini müzakirə etmək üçün görüşüb.


Sizin reklam burada
Sizin reklam burada