ABŞ hökuməti rəsmi olaraq fəaliyyətini dayandırdı

ABŞ hökuməti rəsmi olaraq fəaliyyətini dayandırdı
16:34

Konqres maliyyələşdirmə üçün müraciət müddətini qaçırıb və bu, ABŞ hökumətinin son 7 ildə ilk, Donald Tramp dövründə isə üçüncü dəfə fəaliyyətini dayandırmasına (shot down) səbəb olub.

Ağ Evin Büdcə İdarəsi qurumlara şatdaun planlarını işə salmağı əmr edib. Yüz minlərlə əməkdaş ödənişsiz məzuniyyətə göndərilib, bir çox xidmətlər dayandırılıb.

Hər iki partiya 2026-cı il seçkilərinə hazırlıq fonunda səhiyyə subsidiyaları ilə bağlı çıxılmaz vəziyyətə düşüb. İqtisadçılar xəbərdarlıq edirlər ki, üç həftəlik dayanma işsizlik səviyyəsini 4,3%-dən 4,7%-ə qaldıra bilər. Tramp kütləvi ixtisarlarla hədələyib ki, bu da nəticələri daha da ağırlaşdıra bilər.

Senatda respublikaçılar noyabrın 21-dək müvəqqəti maliyyələşdirmə üçün demokratlardan səkkiz səsə ehtiyac duyur. Demokratlar isə “Obamacare” proqramının genişləndirilməsi və digər prioritetlərin daxil edilməsini tələb edirlər. Hələlik hər iki tərəfin qanun layihələri lazımi dəstəyi qazana bilməyib. Əgər kompromis əldə olunmasa, yanvardan etibarən 20 milyon amerikalı daha yüksək sığorta haqları ilə üzləşə bilər.

ABŞ-nin Azərbaycandakı səfirliyinin yaydığı bəyanat yayaraq deyib ki, maliyyələşmənin dayandırılması ilə əlaqədar olaraq, “Facebook” sosial media hesabımızda tam fəaliyyət bərpa olunana qədər mütəmadi yenilənmələr aparılmayacaq. İstisna yalnız təxirəsalınmaz hallar və təhlükəsizliklə bağlı vacib məlumatlara aiddir.

“Hazırda ABŞ-da, eləcə də xaricdəki ABŞ səfirlikləri və konsulluqlarında planlaşdırılmış pasport və viza tranzit xidmətləri imkan daxilində, maliyyələşmənin dayandırıldığı müddətdə də davam etdiriləcək.

Sosial media hesablarımızda yenilənmələr yalnız tam fəaliyyət bərpa olunduqdan sonra davam etdiriləcək. Təxirəsalınmaz və təhlükəsizliklə bağlı məlumatlar istisnadır. Xidmətlərimiz və fəaliyyətimizin cari statusu ilə bağlı ən son məlumatlar üçün travel.state.gov saytına daxil olun”, – deyə məlumatda qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada