ABŞ-nin “Mariner” tankerini ələ keçirməsi gərginliyi artırır

ABŞ-nin “Mariner” tankerini ələ keçirməsi gərginliyi artırır
08 Yan 2026 17:18

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Rusiya bayrağı altında fəaliyyət göstərən “Mariner” neft tankerini ələ keçirməsini ciddi narahatlıq doğuran addım kimi qiymətləndirib. Nazirliyin açıqlamasında bildirilir ki, bu hərəkət Avro-Atlantik bölgəsində hərbi və siyasi gərginliyi artırmaq potensialına malikdir.

“Vaşinqtonun məsuliyyətsiz və təhlükəli nümunəsi digər ölkələr və təşkilatlara da oxşar hərəkətlər etməyi haqq qazandırmaq riskini yaradır”, – deyə açıqlamada qeyd olunur.

XİN həmçinin Böyük Britaniyanın Şimali Atlantik sularında ABŞ-ın hərbi əməliyyatlarında iştirak etmə qərarına diqqət çəkərək, Londonun bu addımını “yırtıcı niyyətlərlə hiylə qurmaq” kimi dəyərləndirib. Nazirlik bildirir ki, bu, uzun illər dəniz quldurluğu tarixinə malik olan ölkələrin Avro-Atlantik bölgədəki hərbi siyasətinə dair ciddi suallar doğurur.


Sizin reklam burada
Sizin reklam burada