Ərəb koalisiyası Yəmənin cənubunu bombardman edir. Bir müddət əvvəl də İsrail Livan və Suriyanın müxtəlif nahiyyələrini vurmuşdu. İranın Yəməndəki Husilərdən ibarət Ənsarullah qruplaşmasının Tel-Əvivə raket zərbələrinin qarşısını almaq üçün mühüm tədbirlər görülür. Çünki ABŞ-ın İrana hərbi müdaxiləsi zamanı əli Vaşinqtona çatmayan rejim proksi qüvvələrin əli ilə İsrailə yenidən hücum təşkil edə bilər. Eyni zamanda Maduronun həbsi ilə
İranın bir müttəfiqini də sıradan çıxarmış oldu. Təbii ki, ondan əvvəl Bəşşar Əl Əsədin süqutu da bu sıraya daxildir. Hətta bir qədər də geri getsək İraqdakı Həşd Şabi qüvvələrinin hökumətə tabe etdirilməsi bura daxildir. Beləcə İranın dar günün dayağı hesab etdiyi İraqdakı qüvvələri də kufəlilərin İmam Hüseyni satıb İbn Ziyadın tərəfinə keçdiyi kimi əhd-peymanı sındırıb 12 günlük İran - İsrail müharibəsində sadəcə seyr etdilər. Demək İsrail və ABŞ İran rejiminin qol-budağını tamamilə budamaqda davam edir. İsrailin baş nazirinin Vladimir Putin vasitəsi ilə İrana hücum etmək niyyətində olmadığını çatdırması da proses başa çatana qədər sığortalanmaq üçündür. Təbii ki, hücum olarsa xətalı hədəflər zərərsizləşdirilənə qədər bunu ABŞ həyata keçirəcək. İkinci mərhələdə İsrail hava qüvvələri qoşula bilər.
Həmçinin İsrail bəlkə heç hücuma ehtiyac qalmadığını da düşünür. Çünki artıq İran daxilindəki xalq üsyanlarını şiddətləndirmək üçün barıtın miqdarını artırıblar. PJAK liderləri və 7 kürd partiyası İran rejiminə qarşı çağırış edib dəyişikliklərin qaçılmaz olduğunu bəyan ediblər. Və əsasən fars bölgələrində üsyanlar güclənir. İraqla sərhəddəki şəhərlərdə hətta etirazçıların idarəni ələ aldığı qeyd olunur. Görünür İraq vasitəsi ilə xarici agentura şəbəkəsi bu ərazilərdə daha münbit şərait tapıbmış və rejimin süqutuna əhalini inandıra biliblər. Sanksiyalardan və haçalanmış fars şüubiyyə rejiminin aqressiv xarici siyasətindən doğan iqtisadi tənəzzül, xalqın sosial durumunu ağırlaşdırdı və səbrini daşrıdı. Təbriz əhalisinin də etirazlara qoşulduğu deyilir. Ağıllı davrandılar. Farslar qalxanda qalxmadılar. Etirazların müvəqqəti xarakterli olub olmadığını yoxladılar. Əgər əvvəlkilər kimi mövsümi xarakter daşıyaraq sonra yatırılacaq, ram ediləcək etiraz nümayişi olsaydı sonrakı cəzalandırılma dalğasında qurban gedər, rejimin qəzəbinə düçar olardılar. Lakin artıq etirazların rejim çökənə qədər davam edəcəyiniə tam əmin olduqdan sonra yeni hakimiyyətdən nəsiblərini almaq üçün ayaqlanmaya qoşuldular. Eyni zamanda farsların və ABŞ - İsrail birliyinin şahın oğlunu gətirmək cəhdinə alternativ ortaya çıxarmaq lazım olduğunu dərk etdilər.
Ehtimal ki, Prezident Pezeşkiyanın Azərbaycan əhalisini hazırki durumda idarə etmək, proseslərdəki rolunu müəyyən etmək üçün müstəqil məxfi vasitələrlə təsir qüvvəsi mövcuddur.
Donald Trampın hərbi müdaxiləsi ani ola bilər və rejimin süqutunun ya əsas şəxslərin fiziki məhvi ya da həbsi ilə müşaiyət olunması gözləniləndir. Çox ehtimal ki, əgər etiraz və üsyanlar rejimin süqutuna səbəb olarsa eynilə 1979-cu il inqilabındakına oxşar situasiya yaranacaq. Ancaq bu dəfə keşmiş inqilabın əsl lideri olan Təbriz əsilli türk Ayətullah Şəriətmədarininin "ayətullah" titulu verib asılmaqdan xilas etdiyi, Fransa təyyarəsi və xüsusi xidmət orqanlarının müşayəti ilə Hindistan əsilli Xomeyni deyil, İsrail və ABŞ-ın daha müasir və yeni kadrı fars əsilli şahzadə Tehran hava limanına endirilə bilər...
Tural Irfan, politoloq