Goranboyda avtomobil piyadanı vuraraq öldürüb

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb
08 Yan 2026 20:40

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, qəza rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" markalı avtomobil Kəlbəcər rayon sakini, hazırda Goranboyda yaşayan 1947-ci il təvəllüdlü E. Həsənovu vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada