Rusiyada miqrasiya sahəsində yeni tənzimləmələr tətbiq olunacaq və yaxın günlərdə qanun layihələri Dövlət Dumasında müzakirəyə çıxarılacaq.
Parlament sədri Vyaçeslav Volodin bildirib ki, üç aydan artıq ölkədə qalacaq xarici vətəndaşların tibbi müayinədən keçmə müddəti 90 gündən 30 günə endiriləcək. Yoluxucu xəstəlik aşkar edilən miqrantlarla bağlı tibbi müəssisələr dərhal Daxili İşlər Nazirliyinə məlumat verməlidir.
Volodinin açıqlamasına görə, tibbi müayinədən yayınan şəxslərə inzibati sanksiyalar tətbiq olunacaq, həm cərimələr, həm də deportasiya nəzərdə tutulur. Bundan əlavə, saxta tibbi sənədlərin hazırlanması və dövriyyəsi ilə bağlı cəzalar da sərtləşdiriləcək.
Yeni qaydalar miqrantların tibbi vəziyyətinə nəzarəti gücləndirməklə yanaşı, ölkədə ictimai sağlamlıq və təhlükəsizliyin qorunmasına yönələcək.
News365.az