“Makron danışır, amma əməli addım atmaqda geri çəkilir”- Deputat

“Makron danışır, amma əməli addım atmaqda geri çəkilir”- Deputat
08 Yan 2026 16:04

ABŞ-ın Bundüzseloğlunda keçirdiyi əməliyyat müəyyən mənada həm Rusiyaya, həm də ona dəstək verən Çinə təsir etməlidir və bu təsirin yaxın zamanda özünü göstərəcəyi gözlənilir.

Bunu Milli Məclisin deputatı Rasim Musabəyov News365.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, Vaşinqton təhlükəsizlik təminatları ilə bağlı konkret addımlar atmaqda hələ də ləngiyir:

“ABŞ söz verir, amma konkret əməl görünmür. Avropa ölkələrinin də Ukraynanın ərazisinə baza və ya hərbi kontingent yerləşdirməsini inandırıcı hesab etmirəm”.

Onun sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makron səs-küylü bəyanatlar versə də, real addımlar atmaqda geri çəkilir:

“Makron daim danışır, amma əməliyyat mərhələsində geri addım atır. Son dəfə Rusiyanın Avropada dondurulmuş aktivlərinin – 200 milyard dollardan çox vəsaitin – Ukraynaya yönəldilməsi məsələsində də Fransa, İtaliya və Belçika bu təşəbbüsün qarşısını aldı”.

Musabəyov bildirib ki, real yardım məsələsində kiçik dövlətlər daha fəaldır:

“4 milyon əhalisi olan Norveç bu günə kimi Ukraynaya Fransadan iki dəfə çox maliyyə yardımı edib”.


Sizin reklam burada
Sizin reklam burada