Azərbaycan-Şimali
Makedoniya dostluq və tərəfdaşlıq münasibətləri güclənir
Prezident
İlham Əliyev: “Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter
alır”
Azərbaycan
ilə Şimali Makedoniya arasında münasibətlər son illərdə yüksələn xətlə inkişaf
edir. Bu iki ölkə arasında əlaqələr təkcə siyasi və diplomatik sahələrdə deyil,
həm də iqtisadi, ticarət, mədəniyyət və təhsil sahələrində də güclənir.
Azərbaycan və Şimali Makedoniya, qarşılıqlı maraqlarına əsaslanaraq, əməkdaşlıq
imkanlarını artırmağa çalışırlar. Həmçinin hər iki ölkə regionda stabillik və
təhlükəsizlik məsələlərində bir-birini dəstəkləyir, və bu əlaqələr daha da
möhkəmlənməkdədir. Azərbaycanın enerji sahəsindəki təcrübəsi və Şimali
Makedoniyanın Avropa inteqrasiyası istiqamətindəki irəliləyişləri, qarşılıqlı
faydalı əməkdaşlıq üçün geniş imkanlar yaradır. 25 iyun 1995-ci il tarixində
Şimali Makedoniya Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. İki
ölkə arasında diplomatik münasibətlər 28 iyun 1995-ci ildə qurulmuşdur. 2023-cü
ildə Azərbaycan Respublikasının Serbiyadakı səfiri Kamil Xasiyev, eyni zamanda
Şimali Makedoniyaya təyin olunmuşdur. Hazırda Şimali Makedoniyanın Azərbaycanda
akkreditə olunmuş səfirliyi fəaliyyət göstərir. Azərbaycan Şimali Makedoniya
ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq
siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Martın 11-də Şimali
Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Bakıya
rəsmi səfəri, Şimali Makedoniya ilə Azərbaycan münasibətlərinə yeni təkan
verəcək. Bu cür yüksək səviyyəli səfərlər, iki ölkə arasındakı siyasi, iqtisadi
və mədəni əlaqələrin inkişafına müsbət təsir göstərir.
Görüşlərdə
müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, xüsusilə iqtisadiyyat,
ticarət, nəqliyyat və enerji sahələrində yeni layihələr müzakirə olunub. Eyni
zamanda, Şimali Makedoniya və Azərbaycan arasında mədəniyyət və təhsil
sahələrində də qarşılıqlı əlaqələr artırılacaq. Bu səfər, həmçinin ölkələr
arasında diplomatik münasibətlərin möhkəmlənməsinə və regional məsələlər üzrə
birgə yanaşmaların formalaşmasına xidmət edir. Prezident İlham Əliyev Şimali
Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın
Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda ikitərəfli münasibətlərimi
inkişafı üçün fəal iş aparıldığının deyib: “Şadam ki, ölkələrimiz arasında
siyasi dialoq dinamik xarakter alır. Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa
müddət ərzində bunun əyani sübutudur. Siyasi əlaqələrimizin inkişafı üçün əlavə
tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda
olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində
imkanlar araşdırılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər ticari-iqtisadi
sahədə o qədər böyük nəticələr əldə edilməyib. Ancaq ümid edirəm ki, Sizin
rəsmi səfərinizdən və nümayəndə heyətlərinin təmaslarından sonra biz bu boşluğu
da dolduracağıq”. Azərbaycan Şimali Makedoniya ilə əməkdaşlığı gücləndirməkdə
maraqlıdır və bu əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etməsi üçün fəal
addımlar atır. Azərbaycan, xüsusilə enerji, ticarət, iqtisadiyyat, mədəniyyət
və təhsil sahələrində iki ölkə arasında əlaqələri dərinləşdirməyi hədəfləyir. Şimali
Makedoniya arasında davamlı və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı
istiqamətində bir addım daha atıldığını göstərir.
Azərbaycanın Şimali Makedoniya ilə enerji
sahəsindəki əməkdaşlıq potensialı böyükdür. Şimali Makedoniya Respublikası ilə
Azərbaycanın enerji sahəsində əməkdaşlığı son illərdə inkişaf etməyə başlayıb.
Eyni zamanda, Azərbaycanın enerji infrastrukturunun inkişafı və qaz ixracının
artması, bu ölkə ilə əlaqələrin daha da güclənməsinə kömək edir. Hər iki ölkə
arasında enerji, ticarət və iqtisadi sahələrdə əlaqələr genişlənir.
Azərbaycanın enerji resursları, xüsusilə neft və qaz sahəsindəki təcrübəsi,
Şimali Makedoniya üçün mühüm maraq kəsb edir. Eyni zamanda, Azərbaycanın qaz
ixracı və tranzit imkanları, Şimali Makedoniya və ümumilikdə region üçün
strateji əhəmiyyət daşıyır. Cənab Prezident bildirib ki, son ayların müsbət
əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa
başlamışdır: “Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına
çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm
olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə biz lazım
olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki biz bu gün yeni qaz
yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq. Bildirməliyəm
ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin
coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə
Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz
ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz
yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın
coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir”. Azərbaycanla
Şimali Makedoniya arasında enerji sahəsində əməkdaşlığın inkişafı, həm də iki
ölkənin iqtisadi inteqrasiyasını gücləndirərək qarşılıqlı faydalı layihələrin həyata
keçirilməsinə şərait yaradır. Bu əməkdaşlıq həm regional enerji
təhlükəsizliyinin təmin edilməsində, həm də müvafiq infrastrukturun inkişafında
əhəmiyyətli rol oynayır.
Bundan
əlavə, iki ölkə arasında enerji sahəsindəki əlaqələr beynəlxalq təşəbbüslərdə
iştirak etməklə daha da möhkəmlənir. Bu istiqamətdə müxtəlif müqavilələr və
layihələr müzakirə olunub və tətbiq edilməyə başlanılıb.
Daha çox
təmas və qarşılıqlı səfərlər, həmçinin təcrübə mübadiləsi, bu əlaqələrin daha
da inkişaf etməsinə və daha böyük iqtisadi layihələrin reallaşmasına şərait
yaradır. Həmçinin, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq, xalqlar
arasında dostluq əlaqələrini daha da gücləndirir.
Ümumiyyətlə,
Şimali Makedoniya ilə Azərbaycan arasındakı münasibətlərin yüksələn xətti, iki
ölkə arasında strateji əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyini göstərir.
Azərbaycanın
regional liderliyinin artırılması və Şimali Makedoniyanın Avropa inteqrasiyası
sahəsindəki məqsədləri də bu cür səfərlərin əhəmiyyətini artırır. Ümumilikdə,
xanım Prezident Qordana Silyanovska-Davkovanın bu səfəri, iki ölkə arasında
dostluq və tərəfdaşlıq münasibətlərinin daha da güclənməsinə gətirib çıxaracaq.
Səyavuş Qasımov
Avrasiya
Universitetinin rektoru,
siyasi elmlər üzrə
fəlsəfə doktoru, dosent