“Azərbaycan regional siyasətdə müstəqil rolunu qoruyub”- Politoloqdan şərh

“Azərbaycan regional siyasətdə müstəqil rolunu qoruyub”- Politoloqdan şərh
17 Okt 2025 14:21

“Azərbaycan regional siyasətdə müstəqil rolunu qoruyub”.

Politoloq Şəbnəm Həsənova News365.az-a açıqlamasında bildirib ki, Ukrayna-Rusiya müharibəsi əslində Rusiya və Qərb arasında böyük güclərin mübarizəsini üzə çıxarıb.

O qeyd edib ki, dünyanın müxtəlif regionlarında yaradılmış münaqişə ocaqları bu böyük güclər tərəfindən strateji alət kimi istifadə olunur.

Həsənova vurğulayıb ki, Cənubi Qafqazın beynəlxalq münasibətlər sistemindəki rolu heç zaman nəzərə alınmayıb və region tarixən böyük güclərin maraqlarının hədəfi olub. “Ukrayna-Rusiya müharibəsindən sonra Qərb və ABŞ gözlədikləri nəticəni əldə edə bilmədilər və diqqətlərini digər regionlara yönəltdilər. Bu prosesdə regional aktorların siyasətləri də önəmlidir və Azərbaycan öz müstəqil mövqeyini qorumağa müvəffəq oldu”, – deyə o bildirib.

Politoloq əlavə edib ki, Azərbaycan müharibədən sonra sülhün bərpası və dövlət suverenliyinin qorunmasında aktiv rol oynayıb və bu reallıqlar region siyasətində rəsmi olaraq tanınır. Həsənova Azərbaycanın əldə etdiyi uğurların beynəlxalq səviyyədə müstəqil və effektiv siyasət nümunəsi olduğunu vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada