"Azərbaycan Qəzzada sülh missiyalarında iştirak edə bilər"- Rəşad Bayramov

"Azərbaycan Qəzzada sülh missiyalarında iştirak edə bilər"- Rəşad Bayramov
13:41

"Azərbaycan Qəzzada sülh missiyalarında iştirak edə bilər".

Politoloq Rəşad Bayramov News365.az-a açıqlamasında bildirib ki, Azərbaycan əvvəllər də sülh yaratma missiyalarında iştirak edən ölkələrdən biridir və bu sahədə kifayət qədər uğurlu təcrübəyə malikdir.

O qeyd edib ki, Qəzzada ordu yerləşdirilməsi və sülhün təmin olunması istiqamətində Azərbaycanın iştirakı istənilsə, ölkənin bundan imtina etməyəcəyini düşünür.

Bayramov vurğulayıb ki, İsrail də Azərbaycanın iştirakına etiraz etməyəcək: “Hal-hazırda Qəzzanın idarəçiliyi və orada qoşun saxlayacaq ölkələr barədə ciddi müzakirələr aparılır. Fikir ayrılıqları mövcuddur, məsələn, İsrail Türkiyənin iştirakını istəmir. Bu baxımdan Azərbaycan daha önə çıxır, çünki İsraillə uzunmüddətli və yaxşı münasibətlərə malikdir. Eyni zamanda, Azərbaycan BMT prinsiplərinə uyğun olaraq iki dövlətli həll tərəfdarıdır ki, bu da Fələstinin maraqlarına cavab verir”.

Politoloq əlavə edib ki, hələ ki, bütün bu proseslər ehtimallar üzərindədir və hansı qüvvələrin Qəzzada yerləşəcəyi ilə bağlı uzun müddətli danışıqlara ehtiyac var. Onun sözlərinə görə, Misirdə keçirilən samitdə Aboş, Misir, Qatar və Türkiyə faktiki olaraq bu məsələlərdə iştirakçı ölkələr kimi ortaya çıxıb.


Sizin reklam burada
Sizin reklam burada