Azərbaycan-Oman parlamentlərarası əlaqələr üzrə İşçi Qrup yaradılır

Azərbaycan-Oman parlamentlərarası əlaqələr üzrə İşçi Qrup yaradılır
03 Fev 2025 13:03

Azərbaycan-Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu yaradılır. 

News365.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə qərar layihəsində əksini tapıb. 

Layihəyə əsasən, deputat Salmanova Səbinə Azərbaycan-Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə İşçi Qrupuna rəhbər təklif edilib. 

Qərar layihəsi qəbul edilib.


Sizin reklam burada
Sizin reklam burada