Daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilib

Daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilib
20:40

Rusiya prezidenti Vladimir Putin Aleksandr Qorovoyu daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edib. 

News365.az xəbər verir ki, bu barədə prezidentin fərmanı bu gün dərc olunub.

Putinin digər fərmanı ilə həmin vəzifəyə Andrey Kurnosenko təyin edilib. 

Qorovoyun daxili işlər orqanlarında yuxarı yaş həddi ilə əlaqədar istefaya göndərildiyi bildirilib.

General-polkovnik Aleksandr Qorovoy Rusiya DİN-də miqrasiya ilə bağlı məsələləri kurasiya edib.


Sizin reklam burada
Sizin reklam burada