Ermənistan Baş Naziri Nikol Paşinyanın son açıqlamaları geniş maraq doğurub. Paşinyan, Azərbaycan-Ermənistan münasibətləri, Türkiyə ilə əməkdaşlıq, həmçinin Ermənistan dəmir yollarının işlək hala gətirilməsi və Rusiya ilə əlaqələr barədə çox yönlü bəyanatlar verib.
Politoloq Oqtay Qasımov News365.az-a açıqlamasında bildirib ki, bu açıqlamalar sülh prosesinin möhkəmlənməsi və əməkdaşlıq mühitinin yaranması üçün vacib addımlar hesab oluna bilər.

"Azərbaycan, Vaşinqton görüşlərindən sonra verdiyi vədlərə sadiq qalaraq sülh prosesini dəstəkləyən və əməkdaşlıq üçün real addımlar atıb."
Onun sözlərinə görə, bu çərçivədə Ermənistana tranzit məhdudiyyətləri qaldırılıb və simvolik olaraq məhsulların həm Qazaxıstan, həm də Rusiya vasitəsilə daşınmasına imkan yaradılıb. Azərbaycan meft məhsulları və yanacaq Gürcüstan ərazisi vasitəsilə Ermənistana çatdırılıb. Gürcüstan isə ilkin mərhələdə yüklərin daşınmasını təmin edib.
Lakin yayılan məlumatlara görə, Gürcüstanın tranzit haqqı ilə bağlı təklif etdiyi rəqəm Ermənistana uyğun gəlməyib. Bu səbəbdən Ermənistan alternativ yolların axtarılacağını açıqlamışdı. Hazırda Ermənistan İqtisadiyyat Naziri bildirib ki, Qazaxıstan ərazisindən dəmir yolları və avtomobil vasitəsilə daşınan yanacaq və məhsullar Ermənistan ərazisinə çatdırıla biləcək.